Ayaz Arabaçı : - Daxili azadlığı olmayan millət, başqasının dərdinə yalandan ağlayar..

1h ·
Sabahınız xeyir, uzun-uzadı yazıb sizi yormaq da istəmirəm, yormaq da istəyirəm. Mövzu bu günlərdə o qədər həssas ki..
Alovlanmasına da imzasını son günlər İsrail-İran arasındakı müharibə qoydu.
Ortaya bundan istifadə edən o taylı bir sürü fürsətçilər, qaragüruhçular, qışqırıqçılar və fışqırıqçılar çıxdı..
Bu məsələdə Könlüm səssiz qalmağa razı olmadı. Siyasət mənlik bir cəbhə olmasa da fikir bildirmək bir ziyalı kimi boynumun borcudur.
Əvvəldən qeyd edim ki, hadisələr adamı o qədər çəkib girdabına salır ki, göz açıb görürsən ki, əsas işin (şeir yazmaq) qalıb bir qıraqda və sən odla oynayırsan..
İran yüzillərdir ki türkün yaddaşına qarşı savaş aparır, onları fiziki güclə deyil, unutdurmaqla yox etməyə çalışır.
Dilini məktəbə yaxın qoymur,
tarixini təhrif edir, kökünü farsa calayıb bulandırır.
Və bu siyasət ən acı şəkildə bir milləti öz içində qarşı-qarşıya qoymaqla davam edir.
İran televiziyası təkcə fars millətçiliyini yaymır həm də Güney azərbaycanlıların beyninə manqurtluq proqramları yükləyir.
Beləcə böyük bir xalqın
mədəniyyətini yox etməyə çalışır.
Ən təhlükəlisi isə budur:
Sənə səni tanıtdırır,
və sonra o “sən”i sənə qarşı silaha çevirir.
İran bilir ki, bir türk özünü tanısa, haqqlarını-hüquqlarını da tanıyacaq.
Buna görə də istəmir ki, azərbaycanlı öz tarixinə dönsün, Şimalda və Cənubda bir-birinə əl uzatsın,dilini yaşatsın. Bu gün bu taya bozaran farsbaşların da əsil məqsədi bu..
Azərbaycan nə İsraillə bir yerdə, bir mövqedədir, nə də Tehranın farsçılıq diktəsi ilə oturub durmaq kimi bir zorda!
Azərbaycan öz haqqı ilədir.
"Bakı niyə susdu" deyib dad döyənlərə kifayət qədər tutarlı cavab verən bir sıra vətəndaşlarımızı, aparıcı və jurnalistlərimizi alqışlayıram.Əminəm ki
İran rejiminin əlinə keçmiş bu quştüfəngini xatırladan mənasız silahın tozanağı tezliklə yatacaq.
“Siz niyə Fələstin üçün həyəcan təbili çalmırsınız ?”
“Siz niyə Qəzzəyə görə küçələrə çıxmırsınız?”..
Halbuki həmin boşboğazlar
Təbriz öz dili üçün meydana çıxanda onu təxribatçı adlandırır.
Qardaşının günahsız axıdılan qanı üçün ağlayanda fitnəkar adlanır.
Bu vicdan yox, planlı riyakarlıqdır.
Sözüm Bu ki-
Daxili azadlığı olmayan millət, başqasının dərdinə yalandan ağlayar..