Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA

Gündəm 20:24 / 06.05.2024 Baxış sayı: 1012

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən   Yenises.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.

Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15°, Naxçıvan Muxtar Respublikasında 9°, Aran rayonlarında 22°, dağlıq rayonlarda 13°-dək isti olub.