Özünüzdə məsuliyyət hiss edin - DSK sədrlərinə XƏBƏRDARLIQ

HÜQUQ 09:02 / 11.07.2024 Baxış sayı: 2499

Mükəmməl seçki olmur. Heç kəs səhvlərdən sığortalanmayıb.

Yenises.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçki prosesindəki səhvin nədən ibarət olması çox vacibdir:

"Özünüzdə məsuliyyət hiss edin. Çünki siz artıq suveren ölkənin vətəndaşısınız. Bu tamamilə başqa bir gələcək deməkdir".