“OZAN DÜNYASI” JURNALININ 2024-CÜ İLDƏ  İLK SAYI İŞIQ ÜZÜ GÖRÜB

Gündəm, MƏDƏNİYYƏT 09:12 / 16.02.2024 Baxış sayı: 1683

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin nəşri olan “Ozan dünyası” jurnalının 2024-cü ildə ilk sayı işıq üzü görüb. Əsasən folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilən jurnalın bu sayı Xalq şairi Zəlimxan Yaqubun XX əsrin görkəmli ustad aşıqlarından olan Xındı Məmməd haqqında vaxtilə yazdığı və indiyədək heç yerdə çap olunmayan yazısı və ona həsr etdiyi şeirlə açılır. Oxucular bu sayda Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, AMEA Folklor institutunun əməkdaşı  Şəbnəm Haqverdiyevanın“Sazbəndlik sənəti və sazbəndlər”, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının“Ağız ədəbiyyatını yazılı ədəbiyyata qovuşduran aşıq – Molla Cuma”, Əməkdar jurnalist Nizami Məmmədzadənin“Aşıq Əmrah ucalığı”, araşdırmaçı İşıqlı Atalının“Çağdaş Azərbaycan zurna-balaban yaratıcısı”,         Musa Nəbioğlunun“Ustadlar ustadı Sadıq Sultanov”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Mənsurə İsmayılovanın“Ustad sənətkarların həyat hekayəti: dastan-rəvayətlər”, Araz Yaquboğlunun“Hər sözü dillərdə bal olan şair”, Həzi Həsənlinin“Dəlidağın bala Ədaləti” adlı məqalələri və  digər yazılarla tanış ola bilərlər.

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

“OZAN DÜNYASI” JURNALININ 2024-CÜ İLDƏ

İLK SAYI İŞIQ ÜZÜ GÖRÜB