Ön  Söz  ƏVƏZİ  - Əbülfət  Mədətoğlu

YAZARLAR 09:58 / 03.11.2026 Baxış sayı: 669

Bu an  Sizinlə   üz-üzə  dayanan  BİR SEVGİ , BİR YAŞAM TƏNHALIĞININ KİTABIDIR... 

Görünür kitabın adı kimi bəxtinə də TƏNHALIQ,   həm  də  XEYİR- DUASIZ DÜNYAYA GƏLMƏK DÜŞDÜ!!! KAŞ Kİ, BELƏ OLMAYADI!!! Axı kitabın redaktoru , həmçinin mən ONUN ÇAPINI ÇOX BÖYÜK SƏBİRSİZLİKLƏ GÖZLƏYİRDİK... Təəssüf ki ...TƏNHALIĞIN KİTABI... sükutla UĞURLANDI...

Dəyərli oxucu, vaxtın, zamanın imkan versə barı sən bu kitabın gəlişini "UĞURLU OLSUN!"- la qarşıla... Sizin  hər  birinizə   sonsuz  Sayqı və Sevgilərlə Tənhalığın ŞAHİDİ, həm də  "Tənhalığımın  kitabı"-nın   MÜƏLLİF

Tənhalığımın ŞEİRİ

( Arxa  üz  qabığının ŞERİ..)

Köklənmişəm xatirələr üstündə ,

Yenə köhnə havamızı çalıram...

Çox şükür ki, itməyibdi yaddaşım-

Nə yaxşı ki, bu havada qalıram!

 

Gör nə qədər zaman keçib aradan -

Seçməmişik hələ ağı- qaradan!

Bu ömrü də bizə verib Yaradan -

Onu da ki, bərkə- boşa salıram!

 

Büdrəsə də gah ayağım, gah əlim,

Təki sən de, qaya çapım, dağ dəlim!

Gözlədiyim bir Ümiddi, bir Ölüm -

Arada da xəyallara dalıram!

 

Hər kəsdə var Yaradana bir Xitab

Dil deməsə , qalacaqdı sirr xitab!

Tənhalığım - özü qalın bir kitab -

Mən ləzəti tənhalıqdan alıram!

 

Kitabın İÇİNDƏ

 

Bu gün nəvəm Aysu xanımın 11 yaşı tamam olur!Onu ÖPÜB ürəkdən TƏBRİK EDİRƏM! Atalı , analı , sağlam BÖYÜSÜN!Baban Əbülfət.

Sən evimə gələn gün

Ev-eşiyim şadlandı...

Adını söylədikcə -

Dilim -ağzım bal daddı!

Hamı oldu pərvanən

Böyüdün ləçək, ləçək!

Qızların sırasında -

Oldun ən gözəl çiçək!

Hər yeni ad gününlə

Arzumuz da böyüyür!

Aldığın qiymətlərlə-

Atan, anan öyünür!

Xoşbəxt taleh, gülən üz-

Olsun ömür payın bu!

Səni şox sevirik biz -

Bunu unutma , Aysu!

 

Nərgizim

8 Sentyabr HƏYATIMIN , AİLƏMİN ən SEVİLƏN və XOŞBƏXT GÜNÜDÜR! Bu Tarixi Bizim üçün Yaradanımız - Uca Allahım BƏXŞ edib! 8 Sentyabr NƏRGİZİMİN DOĞUM GÜNÜDÜR! Dünyaya, DÜNYAMIZA GƏLİŞİN MÜBARƏK NƏRGİZİM!!! 

Dilin baldan da şirin,

Məst oluram sözündən!

Gözündə məna dərin -

Gətir öpüm gözündən-

NƏRGİZİM!

Gülüşün sehirləyir

Ev-eşikdə hamını...

Durub , ürəklə yandır

Sən ad günü şamını -

Nərgizim!

Sağlam böyü, şən böyü

Gözəl olsun hər anın!

Xoşbəxtlərin xoşbəxti -

Sən ol, bizim dünyanın -

NƏRGİZİM!