ZAMAN - Ələddin Əzimli

Ədəbiyyat 11:30 / 03.11.2026 Baxış sayı: 625

 

Zaman

su deyil içəsən.

Köpüklənə-köpüklənə axan,

sahilləri titrədən, çağlayan,

bəzən kükrəyib coşan,

bəzən həzin çayın

o sahilini

bu sahiliylə qovuşduran

körpü deyil keçəsən.

Zaman

tarixlərin ölçüsüsüdür.

Zaman

köçdür,

izdir, səsdir,

tükənməyən nəfəsdir.

Nə əvvəli,

nə də ki sonu bəlli.

Zaman

qanadlı bir həyatdır,

hüdüdsuz kainatdır

xeyirli, şərli.

AZADLIQ

Bu gün

küçədə gördüm səni,

uzaqdan,

xeyli uzaqdan.

Qələbəlikdi,

minlərlə insanın içində

sən isə təkdin.

Üz- üzə gəlməməkçün,

səni

yaxından görməməkçün,

geriyə döndüm.

İndicə çıxdiğım metroya

çarəsizlikdən tövşüyə- tövşüyə

yenidən endim.

Çünki sən mənə,

mən sənə

uzun illərdir yadıq.

Nə yaxşı ki, yaşımızın

bu həssas vaxtı

xeyli uzağıq,

pahat və azadıq.

02. 11. 2026