Nazim Əhmədli-  MƏNİ MƏN ELƏDİN  ALLAH

Ədəbiyyat 20:32 / 07.07.2026 Baxış sayı: 124

 

Dünya nə cür olub görən,

göyüm, göyüzüm olmamış;

burda kim yaşayıb, ölüb

yer üzü bizim olmamış;

 

alnıma baxdım yazılıb,

baxtımın taxtı yazılıb;

ömrümün vaxtı yazılıb,

yazılıb, özüm olmamış;

 

mən necə xalıq olmuşam,

buz tutub, donuq olmuşam;

dəryada balıq olmuşam,

dəryam, dənizim olmamış;

 

Ay üzünə tutdun məni,

su üzünə qatdın məni;

Yer üzünə atdın məni,

Yer üzü nazil olmamış;

 

dərdi dənələdin, Allah,

ömrü sənələdin, Allah;

məni mən elədin, Allah

mən hələ Nazim olmamış.

 

01.05.2002.Bakı şəhəri.