Əli Hacı Ağaevli - Mən ki,yuxu görmürəm
Mən ki,yuxu görmürəm
Yuxu yozasan mənə !
Gedib Tanrı olmadın,
Tale yazasan mənə !
Gizlədim çox sözümü,
Abır-həya içində !
Ruhum azad göründü,
Bir qaraçı köçündə !
Göy götürməz buludlar,
Yağıb öldü üzümdə !
Şumlayıb öz bəxtimi,
Yurd düzəltdim özümdən !
Daha qış da döğmadı,
Atdığın daşlar kimi !
Hər yeri yurd bilirəm,
Yuvasız quşlar kimi !
Mən,bu yerdə bil,sənə
Gizəndim sirr adında !
Var Məçidə, kilsəyə
Xəyanət pir adında !
Mən ki,yuxu görmürəm
Yuxu yozasan mənə !
Gedib Tanrı olmadın,
Tale yazasan mənə !