Naxçıvanda restoranlara at əti satanlar saxlanıldı

KRİMİNAL 22:16 / 28.01.2023 Baxış sayı: 1982

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara satmada şübhəli bilinən şəxslər müəyyən edilib.

Yenises.az   bildirir  ki, Babək Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.