Mikroavtobus təmizlik işçilərini vurdu

KRİMİNAL 10:13 / 26.03.2023 Baxış sayı: 1085

Yevlaxda mikroavtobus təmizlik işçilərini vurub, bir nəfər ölüb, digəri ağır yaralanıb.

Yenises.az  xəbər verir ki, hadisə səhər saatlarında Yevlax şəhər 7 saylı orta məktəbin yaxınlığında baş verib.

Sərnişin daşıyan mikroavtobus yolda təmizlik işləri ilə məşğul olan iki qadını vurub.

Qadınlardan biri Əsgərova Səbinə Rafiq qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. Digəri isə ağır durumda xəstəxanaya yerləşdirilib. Əldə edilən ilkin məlumata görə, qəza zamanı mikroavtobusda uşaqlar olub.

Faktla bağlı araşdırma başlanıb.