Bəhram Bilaloğlu - Gündoğar tərəfdən gələ bilmədin
Gündoğar tərəfdən gələ bilmədin,
Zalımlar zülmətə qərq etdi səni.
Ümid bəsləməyən naxələflərin
Aya bənzəmədi,qərb etdi səni.
Zülmətdən doymadı doydum deyənlər,
Baxdılar günəşə gün həsrətiylə.
Mənə şəfəq verin,günəş göstərin
Çığıran adamlar qurdular hiylə.
Bu həyat,bu tale,bu bəxtə bir bax,
Əlindən su içən quyu qazırmış.
Adamın taleyin yerdəki deyil,
Qəlblərdə yaşayan Allah yazırmış.