Laçında " “Azərenerji”nin  əməkdaşları  qəzaya  düşdü - 2  nəfər  öldü

HÜQUQ 10:22 / 19.09.2023 Baxış sayı: 1606

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətinin regional qrupundan   Yenises.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. 

Qəzanın səbəbləri  araşdırılır.