Kəramət : - ŞÖHRƏT (TANINMAQ)  VƏ  DƏYƏR....

YAZARLAR 09:33 / 02.10.2024 Baxış sayı: 876

...indiki zamanda reklam üçün bütün pisliklər, anti... nə varsa mübahdı, nə edirsən et, məqbuldu, təki tanın. Atanı öldür, gözünü çıxart Kor(un)oğlu desinlər, anana mirfahişə de tv-də və sairə.

Bunun bir kriteri, etiki yoxdu və çox zaman da qurum-təşkilatların lahiyəsi səviyyəsində yayırlar. Düşünülmüş kirli, cəmiyyətin bulanıq qatını üzə çıxaran, yararsızları önə çıxaran oyundu ki, bütün tərəfləriylə davam edir.

20 ildi hamı xoşqədəm-zaur və sairdən ağız büzərək danışır. Amma çoxluq onlara baxır, küçədə-zadda görəndə gülə-gülə fəxrlə şəkil çəkdirir, başqaları da həsəd aparır hələ.

Şöhrət, tanınırlıq dərəcəsi müəyyən dairələr tərəfindən niyə fondlanır, meydan verilir. Belə şöhrətçilər konkret olaraq heç bir sahə üzrə mütəxəssis deyillər, ordan-burdan, alabəzək adamcığazlardı. Bunlar ona görə şişirdilir ki, cəmiyyətin başı qatılsın, ciddi düşüncə meydan tapmasın, boğulsun. Əqli, ruhi cəhətdən qüsurlu olanlara, adicə ədəb qaydalarına əməl etməyən tərbiyəsizlərə ekranlar açıqdı və elə bu trubunadan evlərə girib insanları korlayır, zəhərləyirlər. Çoxluq belə düşünür; "Əgər pis olsalar T/ V-lərə çıxarılmaz, mükafatlanmazlar".

T/V-lərə çıxıb hərşeyşünas olanlara-təlxəklik eləyənlərə qapılar açıq. Ədəbi, siyasi, iqtisadi təlxəklər.

Mütəxəssisə, Dəyərliyə isə həmin sahənin ustadları dəyər verir, yəni burda kütlənin rolu yoxdu.

Şöhrətin-tanınırlığın heç bir dayağı olmadığından asanca da alınır, çünki qazanılmayıb, heç bir ciddi siyasi-iqtisadi, mədəni-mənəvi əxlaqı təcrübəyə, gələnəklərə söykənmir, bazası yoxdur.

Kimin sevib-sevməməsindən asılı olmayaraq DƏYƏR qalıcıdı, şöhrət keçicidi mənsəb kimi.