Kəramət : - SARSAQ ADAMIN YUXUSU DA...

....SARSAQ OLAR ELƏ
..BİR PAFOSİK-PATETİK, yəni gerçəkdə olmayan şeyləri özünü əsdirə-əsdirə, səsini əzdirə-əzdirə qafiyə quraşdırıb tanınan şairlə hərdən yeyib-içirdik....Bu şəkli gprdüm yadıma düşdü...
Bir gün mənə yuxusunu danışır....
-Gecə yuxuda Kleopatranı görmüşəm..
Badə əlimdə qurudu...
-Mə görmüsən, kimi görmüsən? (qulağıma inanmadım)
Bir də təkrar eləyəndə, badəni qoydum yerə...
-Bakıda adam qırılıbmı, qonum-qonşuda fatmanisə-zad yoxmu, gedib 10 əsr əvvələ çıxmısan, özü də kimi-kimi Kleopatranı...
-Qağa, yuxuya da qadağa?
-Qoy sənə məsəl danışım. Mollanın yanına bir xəstə gəlir, deyir ki, saçım ağrıyır. Molla soruşur ki, nə yemisən?-cavab verir ki, buzla çörək.
-Get, bala, nə sənin yeməyin adam yeməyidi, nə də xəstəliyin adam xəstəliyi.
Ta sənlə araq da içmək olmaz.
Bu fotonu görüb o şair yadıma düşdü, xeyli güldüm.