Kəramət : -  KİMİNSƏ İZİYLƏ GETSƏN, TƏHLÜKƏ YOXDUR,  ÖZ İZİN OLMAYACAQ.

YAZARLAR 08:35 / 22.09.2023 Baxış sayı: 1964

TƏHLÜKƏLİSİ YENİ İZ AÇMAQDI

ÖZÜN ÖZÜNƏ QARŞI

...qarşı çıxmaq üçün qarşı çıxdığını bildiyin qədər onun ətrafını da bilməyin, mühakimə qabiliyyətinin, müqayisəli-tarixi prosesdə ələ almağın, arqumentlərinin sağlam təməllərə dayanması gərəkdir.

Realizm dünyəvi hərəkat kimi meydana çıxsa da Sovet rejimi özünə ayrımçılıq tanıyıb ordan pay qapdı-sosialist realizmi qondarmasıyla. Amma dünyada bu proses gedirdi və özünün yeni keyfiyyətləriylə təşəkkül tapırdı, modernizmin bazasını yaradırdı. Sosialist realizmi süni yaradılmış nəsnəydi, -"ümumproletar işinin təkərciyi və vintciy" (lenin). Ümumgedişatın qarşısında təbi ki, tab gətirə, dayana bilməzdi. İndi ədəbi mühit eyni dirənişi göstərməklə mübarizə apardığının xəstəlik daşıyıcısına çevrilib.

Sovet ədəbiyyatı qondarma olduğundan dünya ədəbiyyat tarixində, prosesində iştirak etmədiyindən YOXDUR. XƏSTƏ BƏDİİ TƏFƏKKÜR KİMİ KƏSİLİB ATILARAQ XATIRLANACAQ.

50-ci illərdə modernizmin gur axını ümuminsan tipini, xalqların bir çadır altında toplanmasını öz yolundan silib-süpürdü. Bizdəki milli, fərdiinsan talelərinə bədi baxış 60-cı illərin yönünü müəyyənləşdirdi. Yəni sovet qapalı mühitindən kənarda axan həyatın dalğaları içəriyə daxil oldu və sovet realizminin ölüm fərmanını verdi. 60-cılar, bir yönüylə, rus ədəbiyyatıqarışıq "xaricin daxili əraziyə bədii daşıyıcısı rolunu da oynadı". Çünki moodernizmi mənimsəmişdilər.- Moskva ədəbi mühitinə "xarici hava" tez çatırdı, təbii olaraq. Və BU SƏBƏBDƏN sovet qapalı düşüncəsində yaşayan ədəbi kütlə üçün yeniydilər, bəzən də , elə bil tərcümə təsiri bağışlayır, bədi-struktur oğurluğuyla, plagiatla, türk,rus şeirindən alıntılarla qarşımıza çıxırdılar. Bütün hallarda sovet oxucusuna yeni hava gətirirdilər.

Heç orijinal əsərlər yaranmırdımı? Əlbəttə, yaranırdı, əlbəttə ki, həmişə olduğu kimi azdan az.

Müstəqillik qazanandan sonra da sovet izi bizi tərk etmədi, bunu ideoloji cəhətdən istəmirdilər, idarəetmə üçün əlverişli olduğundan.

Bizdə uzun müddət, qarşıçıxış-söyüş, inkar özünüreklam kimi əlverişli oldu və indiki bir çox imzalar özünütanıtımda bəhrələndi. Q-ortaya qoyulası estetika, əksarqument, əsaslandırılmış fikir isə yoxdu...Çünki..biz nəyi, niyə sevdiyimizi bilmirik, həmişə duyğusal hərəkət etdiyimizdən bizi sığallayanları sevir, qıcıqlandıranları inkar edirik. Həm cəmiyyət, həm hökümət tərəfindən qəbulgörülən bu yanımızla irəliləyirik. Öyrəşdiyimiz düşüncə, ədəbi sistemin içində yaşamaq bizə sərfəlidi: Yenisi cavabdehlik tələb edir, mənəvi ağrıları gətirir, cəmiyyətin şablon, trafaret təfəkkürüylə toqquşmadan qaçırsan-"Ədəbiyyatın palazına bürən, sarsaq-sarsaq yaz və alqışlar içində görün-sürün". Beləliklə, öz keçmişində yaşamaq sənə rahatlıq gətirdiyi kimi, keçmişin canlı meyidləri üçün də təhlükəli deyilsən. Müxtəlif dövr və ölkələrin mövcud iqtidarları yeni DÜŞÜNCƏyə təhlükə kimi baxır və öz hakimiyyətlərini uzun müddətli davamç baxımından haqlıdılar. Sonra qaşısıalınmaz mənzərəylə üz-üzə qalacaqlar..daha ciddi..Əsassız əksdurmalara, xəstə "yeniliklərə" meydan verirlər: təki ciddi elmi-bədi-siyasi-iqtisadi düşüncə görünməsin, basdırılsın. Məncə, indiki ədəbi havadakı 60-70-ci illər hakimiyyətinin qorunmağa çalışılması, elə həmin illərin bədi düşüncəni dalğalandıran nümunələrinin yox, meyxanaçılıq,, vaxtıkeçmiş rahathülqum "məhsulların" təbliği və həmin məlum ladlar üzərində köklənən fiziki ədəbi gənclik anlayışı da göstərilən (və yaxud mənim gördüyüm)deologiyanın tərkib hissəsidir.

Təbi ki, bütün bunlar xüsusi filoloji araşdırma tələb edir, elmi axtarış, təsbitlər-nümunələr və s. əzablı işdir. Və mənim bacarmadığımdır.

Qısa şəkildə qeyd edim ki, ümuminsan tipi yaratmaq cəhdləri də uğursuzluğa məhkumdur, insanın varoluşuna, əşyanın təbiəttinə ziddir..Postmodernizm özünütanıma, təkmilləşmə prosesi keçirir, onun düşüncəni dalğalandırması da yeni dalğanın gəlməsinin xəbərçisi ola bilər....

İnsan həmişə haqlı ola bilməz, bizə öyrədilənlər doğru deyilsə...özüm-özümə qarşı çıxıram və maraqlıdı.