Kəramət : - ƏDƏBİYYATIMIZIN DƏYİŞMƏYƏN  İZTİRAB NAĞILLARI,-

YAZARLAR 07:43 / 05.09.2024 Baxış sayı: 854

GÜNÜ QURTARMAQ CƏHDLƏRİNDƏ

ƏDƏBİYYATIMIZIN DƏYİŞMƏYƏN  İZTİRAB NAĞILLARI,-

MÜKƏMMƏL GÖRÜNƏN HƏR ŞEY SAXTADI

müqəddəs yalandı müqəddəs nə varsa, işıldayan yox, üzünə xal düşmüş almalardadı HƏYAT,-belə bir girişə nədən ehtiyac duyduğumu indilikdə özümə də izah edə bilmərəm.

Bəlağətli danışıqlar min il əvəldə kütləni yönləndirə-aldada bilirdi..indiki adamla oturub çay-araq-viski içə-içə danışasan gərək, özü də dördkünc stollarda deyil, çünki dördkümc stollarda kimsə başda, ayaqda oturmalıdı ki, bu da insan bərabərliyinə xələl gətirir, bizə yuvarlaq stollar-eyniliyimizi göstərmək gərək.

İndi dördkünc stollar, tribunalar, minbərlər çürüntüsündən yüksələn səslər bugünə çatmır, ya da qulaqlar qapalı. Problem burdadı..minbərdən,tribunada, stolun başından enib adam kimi adamla üz-üzə oturmaqda burcutmalar, sıxıntılar.

...təbii ki, iztirab insan halı, ruhi vəziyyət, yaşamın ,az qala, hamıda rastlanan hadisəsidi. Məgər biz başqa hadisəylə qarşılaşmırıqmı, elə həmişə aldanan tərəf (aldadan tərəf də ola bilərkən) oluruq. Yoxsa, duyğu istismarıyla-dilənçiliyilə məşğuluq. Hələ də Leyli-Məcnun dövrünün ruh halındayıqsa..vay halımıza. Ağlaşmağa hazır oxucuya yas mərasiminə gəlmişlər kimi baxır, onları ağlatmaq üçün bir ömür boyu mərsiyaxanlıqla "çörək qazanırıq". Yeyilən çörək də vay-şivən içində. Sevg-ayrılıq dəyişmir yalanına özünüzü inandıra, malbaşları aldada bilərsiz..belə bir dünyada, həyatda yaşamırıq ki..Ömrünüzə baxın..xaos içində, paramparça, havasızlıq, Allahı zorla yerində-göyündə tutmaq cəhdləri, yoxluğa-boşluğa yuvarlanmış Yer-ömür, ani-gündəlik sevinc-kədər qışqırıqları.,günü qurtarmaq., həyatı yararlı hala gətirmək, həsrəti yox vüsalı dırnağından saçınacan yaşamaq və s. .

Bizim ruhumuzu axtarsaq gedib ərəb əfsanəsinin yeddinci əsr qəbilə təfəkküründə, Leyli-Məcnun yalanında-o dövrün qəbiləçiliyinin mütləq monarxiyasına xidmət edən "Olsa idi ixtiyarım, olmaz idi səndən özgə yarım"dan bir santim irəli getmişikmi ?

"Neyniyim ayrı küçəmiz yox" əlacsızlığı aşılamaqla eyni siyasi-ideolojinin həsrətli bülbülləri deyilikmi..Şair qardaş səndən Füzuli ola bilməyəcəyi kimi Füzuli də sən ola bilməz, ayrı dünyanın, tarixin vətandaşlarısınız, Keçmiş-muzeydi, yaşamaq üçün yararlı deyil. "Öldüm həsrətindən-zadından" manyak-manyak göz yaşları tökür ömrü boyu. Get tut əlindən də. əlindən tutmursa da rədd ol həyatından, nə yapışmısan onun yox öz həyatını kədər zəlisi eləmisən.

Bu arada deyim ki, sadə-səmimi duyğulara, kədərini gözə soxmayan pıçıltıların səmimiyyətini qoyuram bir kənara..mütləq çoxluq ağlaşma üzərində yaşayır..güya....

Həsrət-zad çəkmir e..sadəcə özünü inandırır ki..həsrətdən saralıb..sonra da görürsən ruh halı fiziki halını da saraltdı.

Adın da çıxıb yadımdan

Adın.."bir qız" olacaq.

Rastlaşsaq pıçıldaram

"Sən mənə tanış gəlirsən"

Həyat eşqiylə dolu şairə necə də özünü xəstələndirir..əriyir...yaşamadığı həsrətə özünü inandırır..mərsiyaxan şairlərin təsiri altında...söz bataqlığına düşüb, -çıx burdan,-dedim...düşmən bildi...səd heyf bu ömürlərə..neyləyim ki, can sənin, cəhənnəm Tanrının deyə bilmirəm, məzur tut.