Kəmalə Abiyeva : - BİLMƏDİN

Ədəbiyyat 11:01 / 19.09.2023 Baxış sayı: 1712

Uzaqdan bir şeir…

 

Dedin ”sevgi, həsrət” ötüb keçəcək,

Onsuz da sən məni unudacaqsan.

Bilmədin bir az da kövrəkləşərək

Sən hər gün ömrümə qayıdacaqsan.

 

Bilmədin gözümüz bir az suallı,

Bir az da məlallı, peşiman olar.

Bilmədin ömrümüz bir az xəyallı,

Bir az sabahından nigaran qalar.

 

“Həyat xatirədir”dedin onsuz da,

“Nə olar yadına düşsəm hərdənbir.

Hər gün bir iz salır yaddaşımızda,

Bu gün də sabaha bir xatirədir. ”

 

Kaş ki, sən dönəydin xatirələrə,

Mən də səni yalnız xatırlayaydım.

Kaş ki, yaşayaydım xatirələrlə,

Mən səni ömrümdə yaşatmayaydım.