İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

DÜNYA 04:06 / 14.04.2024 Baxış sayı: 2617

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib.

Yenises.az xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır.

Daha əvvəl ABŞ rəsmiləri İraq və Suriyadakı ABŞ qüvvələrinin İranın PUA-larını vurmağa hazır olduğunu, ABŞ qırıcılarının isə döyüş hazırlığı vəziyyətində olduğunu bildirmişdilər.

Xatırladaq ki, İran aprelin 13-ü şənbə günü axşam İsrailə pilotsuz təyyarələrlə hücum edib. Yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, İsrailə yüzlərlə pilotsuz təyyarə atılıb. Sonradan məlum olub ki, digər dövlətlər, o cümlədən Yəmən də İsrailə PUA-lar atıb