İranın yük maşını Zəngəzurda aşdı

Dekabrın 3-də Zəngəzur bölgəsində İrana məxsus yük maşını aşıb.
Yenisesd.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Shamshyan" nəşri yazıb.
Bildirilir ki, İran dövlət nömrə nişanlı bitum daşıyan yük maşını pis hava şəraiti (duman) səbəbindən Qafan-İrəvan yolunun 19-cu km-lik hissəsində hərəkət zolağından çıxaraq aşıb.
İlkin məlumata görə, insan tələfatı olmayıb.