Həzi Həsənli : - Nanə yarpağı könlün

Ədəbiyyat 07:55 / 22.04.2024 Baxış sayı: 982

Nanə yarpağı könlün

könlümə əsir indi...

Həsrət ortağı könlün

könlümün əsiridi.

 

Qəmli - qəmli oxuyur

gözüyaşlı bulaqlar,

Güllər həsrət qoxuyur,

pərişandı yarpaqlar.

 

Göyüzü təzə tərdi,

durnalar qayıdacaq,

Eh, bu necə qədərdi,

Təkcə sən yoxsan ancaq?!

21.04.2024