Həzi Həsənli : - İstəmərəm ...

Ədəbiyyat 08:12 / 06.05.2024 Baxış sayı: 813

 

İstəmərəm təkliyini görk edəsən,

İstəmərəm təkliyini tərk edəsən,

İstəyirəm təklənəndə

İlahidən təklənəsən,

Gündoğandan Günbatana

o bakirə duyğularla yüklənəsən,

Veysəl olub, nur içində

saz səsinə köklənəsən,

Uzun, incə bir yol gedib,

Gözlərinə ərk edəsən,

Öz sazını, öz sözünü,

öz - özünü dərk edəsən...

05.05.2024