Həzi Həsənli : İKİ BƏND

Ədəbiyyat 08:48 / 17.07.2024 Baxış sayı: 1918

Sən qürbətdə, Vətən səndə yaşayır,

Sanki könlün duman- çəndə yaşayır,

Kövrəlib, Vətənçün ağlasan belə,

Bilməzlər burda bir bəndə yaşayır.

16.07.2024

Bir də dönən deyil ömrün illəri,

Mənim gözümlə gör bu şəkilləri...

Baxanda könlünə ot ətri dolsun,

Doyunca gəz dolan loğman çölləri.

14.07.2024