Həzi Həsənli : -  Doğru sözün yalan olur.

Ədəbiyyat 07:08 / 23.04.2024 Baxış sayı: 1007

Könül evin talan olur,

Nə qeydinə qalan olur,

Dəfn edirlər doğruları,

Doğru sözün yalan olur.

 

Çırağını yandıranın,

Odu alovlandıranın,

İsinəsən istisinə

Ürəyini dindirənin.

 

Körpə ana qucağında,

Göz yaşları yanağında,

Yenə də Tanrıya şükür,

Haşa bəndə qınağından.

22.04.2024