Firidun Agazadə- Ömrüm-günüm yaşa doldu

Ədəbiyyat 09:09 / 10.11.2026 Baxış sayı: 734

***

Ömrüm-günüm yaşa doldu

yoxla varın arasında.

çox əli qoynunda qaldım

çar-naçarın arasında.

Hanı vurulduğum dəmlər?

yükləndi çiynimə qəmlər,

bilməm nədən gül sənəmlər

bitir xarın arasında.

Nə az vüsala çatanlar,

nə çox günaha batanlar,

canı alıb qəm satanlar

bu bazarın arasında.

Gər Şirindən gəlsə qərar,

Büsutun yarmağa nə var?

sevgilər fəvvarə vurar

Badamdarın arasında