Fərhad Tapdıqoğlu - Təp

YAZARLAR 09:19 / 25.11.2026 Baxış sayı: 358

 

( qısa hekayə)

Atam məndən böyük qardaşıma dedi:

--Get ,ağacların dibini bellə,bostan yerinin torpağını da bir az-bir az təp.Sonra gəl xörəyini ye,çörəyini ye,lap elə gözlərinə təp.

Get,Get...tez ol get təp di...!

... Qardaşım getdi ağacların dibini də, torpağı da bellədi,təp-di.

Atam ona dedi:

---Gəl,gəl o qazandakı xörəyi ye,istəsən lap gözlərinə təp indi...

Anam qardaşımın görməmiş kimi yediyini görüb ,ona açıqlandı təp-indi...

Sonra anam qaçdı mətbəxə.Düşündü : " indi xəmir təp-idi" .

Xəmiri kündələdi,sonra təndiri qaladı anam .

Yağış başladı yağmağa ...

Yağış tez səngidi,kəsdi...

Allaha şükürlər olsun Yer bir az təp-idi.

...Anam kündələri təndirə yapdı .Kündələrdən küt gedəni olmadı.

Bəh...bəh...çörəyin ətri kəndi başına götürdü.

Anam bişirdiyi çörəkləri teştin içinə düzdü...

Bərəkətli olsun!

Hamımız : atam da,anam da,qardaşım da ,mən də isti çörəklə pendir,göyərti yedik...lap elə gözlərimizə təp-dik...

Deyin ki," nuş olsun"!