Aləmzər Sadıqqızı - Aylar sonra...

Ədəbiyyat 10:43 / 24.11.2026 Baxış sayı: 1875

 

.

Orda dərdlərimi əkim İlahi!

Bir atəş yandırdın ayağım altda,

Hələ o atəşdə qovruluram mən.

Küləyin qovduğu yarpaq misalı,

Hələ ordan ora sovruluram mən.

Nə Günəş görürəm,

nə ulduz, nə ay,

Bulud mənsiz ağlar, göy mənsiz gülər.

Mənim ürəyimin minbir dərdini,

Bircə sən bilərsən, bir könlüm bilər.

Gecəli-gündüzlü sirdaşım Sənsən,

Bir tək sən bilirsən yaralarımı.

Hər gecə mən sənə picildayiram,

İçimdə bağıran ağrılarımı.

Gah ruhum üşüyür, gah ömrüm günüm,

Yandıra bilmirəm bu payız ömrü

Tanrım, elə üfür arzu şamimı,

Bir azca işidim bu ayaz ömrü.

Her yanım doludur doğma ,yad ilə,

Bəs niyə tənhayam, təkəm İlahi...

Bir susuz səhra ver qoy cücərməsin,

Orda dərdlərimi əkim ,İlahi!

23,11.2026.