Ağaevli Əli Hacı - Qışın ortasından keçirəm

Ədəbiyyat 09:40 / 25.11.2026 Baxış sayı: 308

Qışın ortasından keçirəm,

köhnə tanışı kimi.

Dünyanın ən ağır yükü-

ümüdləri daşıyıram özümlə !

 

Şaxtaların üzünə,

gizlətmişəm əllərimi.

Qar üstündə təzə notlar yazıram,

qirx bir ölçülü izimlə !

 

Ot tayası arasında gizlənib sərçələr,

İsinir aclığının üzünə.

At oynadır soyuqlar ortalığda,

yeriyirəm gözümlə !

 

Tərləyir yol boyu,

duzlaşmış oynaqlarım.

Qışın ortasından keçirəm,

əl ağacı bildiyim dözümlə !