Kamala Abiyeva Aydın Qızı - YALNIZLIQ

Ədəbiyyat 09:52 / 25.11.2026 Baxış sayı: 313

 

 

Baxışların pəncərədən boylanar...

Evlərdən, ağaclardan, şəhərdən ötüb keçər,

sonsuzluğa yollanar.

Boşluğa dikilər.

Darıxar.

Heç nə düşməz yadına,

kimsə düşməz yadına.

Heç nəyə,

heç kimə darıxmamaqdı yalnızlıq.

Ya bir fincan qəhvə, ya şərab, ya çay...

Fərqi yox,

yalnızlığı ya udum-udum içərsən,

ya birnəfəsə başına çəkərsən.

Bir səs də yoxdu özləyəsən ...

Kimsəni gözləmirsən,

Darıxmırsan,

Yalnızsan....