Fərhad Tapdıqoğlu - Düşüncələr
Bir az da təbəssüm
Əvvəllər vəzifəyə pillə -pillə qalxardılar...
İndi bilmək olmur ki,liftlə qalxırlar ,yoxsa başqa qaldırıcı mexanizmlərlə...
=
Ani sevinc-ofsaytdan vurulan qol...
Ləzzəti hakimin qolu qeydə almadığı ana qədər çəkir...
=
Var-dövlətləri başlarından aşan insanların çoxu görüşəndə əldən tutmağı ,"əl tutmaq " kimi qələmə verirlər...
=
Evdə kondisioneri işə salıb,əyninə isti paltar geyinib oturanla ,qışda otağı çox isti eləyib,əyninə nazik paltar geyinib,yaxud qapı-pəncərəni açıb oturan arasında məncə fərq ola bilməz.Hər ikisi...
=
Var ütülənmiş,ütük adamlar...
Var ütülənməyi vacib olan adamlar...
Var "utillik" ( tamam yarasız,atılası) adamlar...
=
Yarpaqlarını töküb ,"keçəlləşmiş " ağacların başına yağış damcıları əvvəl "çırtma " vurdular...sonra isə ağacların könlünü aldılar:sığalladılar...yudular "keçəllərini" ağacların...
=
Sevincim,fərəhim "it ağzından çıxan" ,cırıq-cırıq olan dar şalvarlara bənzəyir...
Mənlik deyil ...
Dərdim,kədərim əynimin ölçüsündə olan bir dəst paltardı...
Gecələr də çıxarmaq istəmirəm...
=
Sanki buludları "sağırdılar " ...
Sudan "yanıq" olanlar "keyf " elədilər....
=
"Tələsən radara düşər"...
"Tələsən çüxura düşər"...
"Tələsən tıxaca düşər"...
=
Əzizimiz Əzizin tərbiyəsi ondan əziz olmadığından qəliz çıxdı Əziz...
( "Əzizim əziz,tərbiyəsi ondan əziz" deyimini xatırladım)