Adil Cəfakeş -  Gedirəm

Ədəbiyyat 11:00 / 21.09.2026 Baxış sayı: 420

Sevmirəm çox danışmağı,

Danışıb qısa, gedirəm.

Xəyallara qapılmışam,

Mən susa-susa, gedirəm

 

Dinşəmişəm bir leyləyi,

Qaralayıb gör o nəyi?

Gözlərimdə kor eynəyi,

Əlimdə əsa gedirəm.

 

Dərdlərimi körpə quzum;

Kimə deyim, nəyə yozum?

Onlarladır ölən arzum,

Hər bir yasa gedirəm.