Əlirza HƏSRƏT - ÇÖRƏK ƏTRİ

Ədəbiyyat 19:33 / 20.09.2026 Baxış sayı: 344

 

Daşdan çıxan çörəyin,

Adına qurban olum.

Təndirə çörək yapan,

Qadına qurban olum.

Döndün sünbül çətrinə,

Süfrəmizin xətrinə.

Ay çörək,xoş ətrinə,-

Dadına qurban olum.

Çörəyin istisinə,

Alt qıza,üst isinə.

Təndirin tüstüsünə,-

Oduna qurban olum.

...Bax bu duz-çörək sənin,

Dağ mənəm,kürək sənin.

Düşdümmü görək sənin,-

Yadına,qurban olum?!