Ehtiram Ilham - YERDƏ

Ədəbiyyat 14:00 / 21.09.2026 Baxış sayı: 409

 

Görsün nələr çəkmişəm,

Məni gördürən yerdə.

Sevda haytalısıyam,

Nəşə verdirən yerdə.

 

Qalxammırsa endirsin,

Göylər boyu sürdürsün.

Məni Tanrı öldürsün,

Allah öldürən yerdə.

 

Kef elə, eşqinə çök,

Nəyin var, ruhuna bük.

Əzabına qəh-qəh çək,

Dərdi güldürən yerdə.

 

Ehtiramı boş da ver,

Çox da xoş deyil ömür,

Bir də daşı, bir də sür,

Yükü sürdürən yerdə.

18.09.26