Fərhad Tapdıqoğlu - Düşüncələr
Bir az da təbəssüm
Əvvəllər cırıq şalvarda,yamaqlı köynəkdə gəzənlər barəsində deyərdilər:
"Cındırından cin hürkür".
İndi isə elələri üçün "dəblə geyinir"- deyirlər.
Müasir cinlər hürkmürlər...
=
Yəqin ki,"kəkil"," poruq" nə olduğunu bilirsiniz.
Gənclik illərimizdə deyərdilər:
" Heç vecinə alma,kəkilinə qurban"
Artıq biz yaşa dolmuşuq...doluruq...
"Ağılsız saçlar ağıllı başları tərk edib,gedib"...
Bəlkə kəkilimiz, poruğumuz olmadığına görə ,yaşlı insanlara heç nəyi qurban etmirlər?!...
P.S."Böyük dayaq" filmini də xatırladım:" Qız ki,kəkil çıxardı..."
=
Var:
Yol göstərmək,
Kömək göstərmək,
Yardım göstərmək...
Bir də var:
Dirsək göstərmək...
=
...Bədbəxt oğlunun elə bil başına yer qəhət imiş...gedib ,görüb ki,fil yatıb .
Bu da eləmə tənbəllik gedib"filin qulağında yatıb".
Təsəvvür edirsiniz də, çəkisi 6-7 ton olan fil ,elə xortumuyla 300 kiloqram qaldırır.
Fil ayılanda təsəvvür edin də nə baş verər...
Bədbəxt insan gərək gedib"fil qulağında yataydın?"
Eee...yoxsa...
(Fil qulağında yatanlar ya oyanın,ya da özünüzə başqa bir yer seçin...)