Bəhruz   Niftəliyev - Soyunub yaralarımı

Ədəbiyyat 09:41 / 07.09.2026 Baxış sayı: 351

Soyunub yaralarımı,

Soyuyub istəklərimdən

İsti-isti sənə gəlsəm

Tanıyarsan məni?

Günahlarım haqq qazansa,

Ədalətin ağ yalansa,

Sənin ruhun yağmalansa

Danlayarsan məni?

Əzab nədir çəkir içim,

Yavaş- yavaş çökür içim,

Zəm-zəm suyu gətir içim,

Daşlayarsan məni?

Dağa dönüb dağılanlar,

Ağa dönüb saçlarımda.

Tanrı, canı borc alanlar

Anlayarsa məni…

Qınamazlar!

Allah, məni görürsənmi?

Bir bəndəni bir bu qədər

Sınamazlar… sınamazlar!!!

06.09.26