Fərhad Tapdıqoğlu - Bir az da təbəssüm
...Cəsarət qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilmişdir...
Yaltaqlıq ,qorxaqlıq isə sərbəst buraxılıb...
=
Geni dəyişdirilmiş meyvələr o qədər gözəldirlər ki,yanında dayanıb ,şəkil çəkdirmək istəyir adam...
=
Vəzifəlilərə hər an əyilən yaltaq "dörd ayaqlıya" çevrilib ,belində "çul ,yəhər gəzdirərsə , təəccüb etməyin...
=
Deyirlər ki,"sevinci böləndə artar".
Amma əyri yollarla qazanılan pulun sevincini bölməzlər...azalar...yaxud yox olar...
=
Kasıbla varlının əsas fərqləri bəlkə də qarındadır...
Kasıb bir qarnı ac,bir qarnı tox yaşayır...
Varlının isə hər iki qarnı tox olur həmişə...
=
Keçmişdə,qədimlərdə bir insanın qədrini bilənlər ona "qədir ağacı" əkərmişlıər...
Hörmət etdiyini"nümayiş" elətdirmək üçün isə "belinə şəlləyərmiş"...
P.S."Qədir ağacı əkənlər"," belinə şəlləyənlər"...xatırladım.
=
Kişinin başı üzərindən çox bulutlar( buludlar yox ee,bulutlar,qablar) keçmişdir...Arvadı atıb...
Şükürlər olsun hər olay xəsarətsiz ötüşmüşdür...kişi sağ -salamatdır...
=
Qadın var "arpa unundan aş eylər"...
Qadın var ərini ya müqəvva ,ya da daş eylər...
=
Yuxum yoxdur,amma qaçmayıb...
Gündüz yanımdaydı...
özüm icazə vermişəm ,getsin dincəlsin,yorulub...
=
"Bu dövləti şum elədi öz əlim,
Həm yazında ,payızında güllərim,
Bu dünyanın çox yerində evlərim,
"Bu da belə bir ömürdü,yaşadım".
"Narsda sənin evin yoxdur"-dedilər.
"Kosmosa səfərin yoxdu"- dedilər.
"Ayda da torpağın yoxdu"- dedilər.
"Bu da belə bir ömürdü yaşadım."
Allah Sizə qəni-qəni rəhmət eləsin Böyük şair Məmməd Araz.
=
Muxtarov Muxtarın oğlu da,qızı da muxtardı.
Sadəcə muxtar insanlardır.
P.S.Muxtar respublika ,muxtar vilayət,muxtar insanlar...
=
Əvvəllər tənbəllər,evdən çölə çıxmayıb,yatan adamlar üçün deyərdilər:
"Ay bala,kürt düşmüş toyuq kimi nə yatırsan evdə? Yumurtalarının soyuyur? Dursana..."
=
Yava arvadın olunca ,bir yavan ola ,ot-ələf yığasan ...gecə arvad yatandan sonra evə gələsən...ya da "Yava" markalı motoskletinlə ora- bura şütüyəsən...
yavan çörək yeyəsən...yavanlığın da "Yava" siqareti ola...
=
Əgər taylı tayın tapmaq istəyirsə,onun belinə bir tay un yüklə,ya bir taya ot,fərqi yox ,taysıya-taysıya gedib ,tayın tapacaq...
=
Acgöz məmurların dilindən :
"Bölək bu torpağı gəl birlikdə biz,
Şimal sənin olsun,Qərb mənim olsun.
Talayaq sərvətin,yığaq var-dövlət,
Gənub birimizin, Qərb onun olsun.
Biz ki,bir yerdəyik bilin ,hələlik,
Bizsiz nə hökumət,nədə ki,dövlət...
Dövlətin torpağın bölə bilərik,
Amma bölünməyən pullarımız var..."
=
Ələk toxuma sexinə "ələkçiyə qıl verən tələb olunur"
P.S.İşə düzəlmək istəyənlər üzlərinə ələk tutub getməlidirlər.