Sevil Azadqızı -  EY ZƏFƏR YOLUNUN QƏHRƏMANLARI

Ədəbiyyat 13:05 / 29.07.2026 Baxış sayı: 1100

 

 

Tarixin köksünə qanla yazılan,

Bir dastan oxunur uca dağlardan.

Şəhidlik zirvəsi – ərşə uzanan,

Nur saçır zülməti boğan çağlardan.

 

Zamanın tərkinə sığmır bu dastan,

Tarixi qan ilə yazdı şəhidlər.

Torpaq oyaq qaldı vətən mülkündə,

Can deyib, canından kecdi igidlər.

 

O müqəddəs gecə, o qisas günü,

Səslədi Komandan o gün hər kəsi.

Dəmir bir yumruğun qüdrəti kəsdi,

Otuz il içimizi gəmirən səsi.

 

Yarıldı zülmətin qara pərdəsi,

Şuşanın qoynuna nur saçdı səhər.

Qayalar ram oldu, söküldü duman,

Dünyaya səs saldı çalınan zəfər.

 

Şuşanın dumanı bürüdü dağı,

Xarıbülbül güldü, qırdı qəfəsi.

Dalğalandı göydə üçrəngli bayraq,

Hər şəhid qanından aldı nəfəsi.

 

Ey qazi qardaşım, ey şanlı şahid,

Yurdun qürur yeri, el iftixarı.

Dastana çevirdik siz gedən yolu,

"Şəhidlər, Şahidlər, -- Haqqın vüqarı".

 

Bu yol bitməyəcək bir tarixdir bu,

Nəsildən-nəsilə miras qalacaq.

Qanla suvarılan Vətən torpağı,

Həmişə müqəddəs, azad olacaq!

 

29.07.2026