Fazil Mustafadan İLK AÇIQLAMA

Gündəm 09:34 / 29.03.2023 Baxış sayı: 1271

Dünən terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.

Yenises.az-ın məlumatına görə, "haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev ilə əlaqə saxlayıb.

F. Mustafa qeyd edib kl, avtomobili evinə qədər sürüb:

"Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".

Deputat bildirib ki, sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".

Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.