Faiq Balabəyli - PİS-YAXŞI

Ədəbiyyat 12:19 / 05.06.2026 Baxış sayı: 333

 

Pis-yaxşı, alnıma yazılıb yazı,

pozusu ya ola, ya da olmaya

Vücudum yel vuran çiçəklər kimi

baxarsan, ya sola, ya da solmaya.

 

Göylər yerə sancır şimşək qolunu

buludlar başıma tökür dolunu

Qəbrimin üstündən bir gün yolunu

doğmalar ya sala, ya da salmaya.

 

Kipriklər nəmlidir, baxışlar ağır,

Yerdən alov çıxır, göydən qar yağır.

Kəndin kənarında saldığm cığır,

0t basıb, ya qala, ya da qalmaya...

09. 06. 2007.

10 saylı Cəza Çəkmə Müəsisəsi