Əşrəf Veysəlli - YAŞADIM
Ədəbiyyat
09:30 / 08.05.2026
Baxış sayı: 300
Dünyaya gəlib yaşadım,
ağlayıb- gülüb yaşadım.
Mən yaşayıb ölmürəm ki,
mən hər gün ölüb yaşadım.
Dərdlərə salan gözəlin,
qeydimə qalan gözəlin,
canıml alan gözəlin
qadasın alıb yaşadım.
Boşlamalı qünya deyil,
xoşlamalı dünya deyil.
Yaşamalı dünya deyil,
üzümə salıb yaşadım.