Ərdoğandan Azərbaycan AÇIQLAMASI: "Dəstək verməyə hazırıq"

Gündəm, DÜNYA 22:08 / 29.03.2023 Baxış sayı: 2260

"Hazırda biz TANAP-dan təbii qazın Macarıstana çatdırılması ilə bağlı Azərbaycana hər cür dəstək verməyə hazırıq".

Yenises.az  Publika.az -a  istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Bu baxımdan hədəfimizə doğru əzmlə addımlayırıq", - Ərdoğan deyib.

Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.