Ərdoğan yenidən İnceyə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Məmləkət Partiyasının sədri Muharrem İnceyə zəng edib.
Yenises.az "Unikal" -a istinadla xəbər verir ki, bu barədə o ATV və "A haber" kanallarına müsahibəsində məlumat verib.
O qeyd edib ki, İnce namizədliyini geri götürəndə də ona zəng edib.
"Xəstələnən anasına da ən xoş arzularımı çatdırdım. Sonradan İncə bəyin yenidən xəstələndiyini eşitdim və zəng etdim. İkinci dəfə də belə oldu, ona görə də ona yenidən zəng etdim. Əlimizdən gələni edəcəyimizi söylədik. İnsani borcumuz olaraq Allahdan şəfa dilədik", - Ərdoğan deyib.
Qeyd edək ki, Muharrem İnce bir müddət əvvəl sosial şəbəkədə foto paylaşıb və xəstəxanaya yerləşdirildiyini bildirib.