Əlizadə Nuri : - Nə yaxşı, o göylər çox uzaqdadı…

Bəlkə gücün çatmır günəş olmağa,
Amma ki, yel olub əsə bilirsən.
Nə yaxşı, o göylər çox uzaqdadı-
Başını dik tutub gəzə bilirsən…
Avara dünyadı, avar dünyadı,
Səndən o tərəfə nə var-dünyadı…
Sənin qolundakı damar dünyadı-
Könlün istəyəndə kəsə bilirsən…
Ömür bir çuxurdu-yığılır yaşım…
Bu baş ağrısına qarışıb başım.
…Dinə bilməsən də, ay “lal”qardaşım-
Sən də bu dünyada nəsə bilirsən…