Əlizadə Nuri : - Gözlərimi sən bağla ki…

Gəmi birdi, gəmiçi min-
İndi necə tən olasan?
Mən bir ac quş misalıyam-
Sən tapdığım dən olasan…
… Bəs, sən indi kimsən, nəsən?
Günəşsən, yoxsa kölgəsən?
Sən bu gün qürbət ölkəsən,
Sabah da vətən olasan.
Kimə yoldu, kimə səki,
Bu dünya- acı tənbəki…
… Gözlərimi sən bağla ki-
Son gördüyüm sən olasan…