Əlizadə Nuri - Çiçək olmaq zülüm işmiş
Ədəbiyyat
15:42 / 14.10.2026
Baxış sayı: 687
Gedir suların savaşı,
Axan selin içində.
Bizimki köz axtarmaqdı
Köhnə külün içində...
Dərd pir olub-biz nəzirik,
Fərman gəlsə- müntəzirik.
Dirilik suyu gəzirik
Biz bu lilin içində.
Ümid nəymiş?- sınıq dişmiş,
Bu ömür də bir gərdişmiş.
...Çiçək olmaq zülüm işmiş
Bu zibilin içində