Firudin Ağazadə - Sənin ağ-qara şəklin

Ədəbiyyat 20:00 / 19.09.2026 Baxış sayı: 576

Dünən yenə tənha idim,

sən yoxsan, mən hara gedim?

dünyanın sözünü dedim

sənin ağ-qara şəklinə.

Qoltuq cibimdə taxtı var,

hara getsəm diyar-diyar

gözlərim axtarar, baxar

sənin ağ-qara şəklinə.

Neynirəm əlvan rəngləri?

bu şəklin xoşuma gəlir.

baxdıqca gözüm dincəlir

sənin ağ-qara şəklinə.

Mən unutmam əhdi, andı

sən də unutma, amandı.

rəngli şəkillər qurbandı

sənin ağ-qara şəklinə.