Cavad bəy Sarıcalı-Cavanşirin özü və şəcərəsi barədə

Maraqli 10:40 / 12.03.2024 Baxış sayı: 1069

 

Nəslin ulu babası Pənahəli xandır. Pənahəli xanın 4 kəbinli (bəzi mənbələrdə 5 kəbinli arvadı olduğu bildirilir) və bir neçə  siğə  arvadı vardı. Pənahəli xanın Hacı Əli bəy Kəbirlinin qızı Xanxanım xanım ilə evliliyindən  üç oğlu dünyaya gəlmişdi. İbrahimxəlil ağa, Mehralı ağa, Talıbxan ağa.

 Mehralı bəy Qarabağ xanı Pənahəli xanın ikinci oğlu idi..

Cavad bəy Qarabağda məşhur olan Cavanşir elinin Sarıcalı oymağına bağlıdır.Cavad bəyin atası kapitan Əsəd bəy çar zabiti idi. Babası Nəcəfqulu  bəy Qarabağın böyük mülkədarlarından sayılırdı. Ulu babası Əsəd  bəy Qarabağ xanlığının seçkin sərkərdəllərindən olmuşdu. Babasının babası Mehrəli bəy Pənahəli xanın ortancıl oğlu idi.Atasından sonra bir müddət Qarabağ xanı olmuşdu.

İbrahimxəlil xan əsirlikdən qayıtdıqdan sonar qardaşı Mehrəli xanla şahlıq taxtı uğrunda mübarizəyə başladı.Bu zaman xanlığı Mehrəli xan idarə edirdi.Mehrəli xan yerini bərkitmək üçün Cavanşir, Otuziki və Kəbirli ellərinə arxalanırdı.Bu ellərin üçü də qüdrətli və güclü el kimi tanınırdılar.

İbrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçihəsənlivə Cinli ellərinə güvənirdi.

Əsəd bəy Cavanşir 1917-ci ildə İşıqlı obasında dünyasını dəyişib və İşıqlı kənd qəbiristanlığında dəfn olunub.

Əsəd bəy Şərəfcahan bəyimlə ailə qurmuşdu.Mehrəli bəy (ikinci Mehrəli bəy), Mehdi bəy, Cavad bəy adlı oğulları vardı.

 

Əsəd  bəyin  üçüncü  oğlu  Cavad  bəy  1878-ci  ildə  Şuşa  şəhərində  dünyanı  tanımışdı. Məktəb  təhsili  almışdı. Özəl  mülkünü  idarə  еtməklə  dolanırdı. Cəbrayıl qəzasının İşıqlı kəndindəki mülkünə köçmüşdü.

Cavad  bəy Cavanşir  1905-1906-cı  illərdə  baş  vеrən  “еrməni-müsəlman”  davasında   bir  çox  qəhrəmanlıq  göstərmişdi. İşıqlı  dağında  qurduğu  səngərdə  bir  еrmənini  də  еl-oba  səmtə  buraxmamışdı. Səngər  döyüşündə  еrməni  sərkərdəsi  Xosrov  bəyi  məhv  еtmişdi.

Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab “1905–1906-cı illərdə erməni-müsəlman davası” əsərində qeyd edir ki, ermənilər təpədən-dırnağa qədər silahlandırılırdı.Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah- sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu.

Cavad  bəy  Cavanşir 1920-ci ildə bolşeviklər tərəfindən tutulmuşdu. Qəbri Füzuli bölgəsinin İşıqlı qəbristanlığındadır.

Cavad  bəy  Cavanşir Zibеydə  xanımla  yaşam  qurmuşdu. Bəylər  bəy,  Tərxan  bəy  adlı  oğulları,  Rəna  bəyim,  Dürdanə  bəyim,  Zərrəntac  bəyim  və  Fərəhtac  bəyim  adlı  qızları  vardı.

Cavad bəyin birinci oğlu Bəylər bəyin oğlu erkən zəhərlənərək dünyasını dəyişib., Şirinbəyim xanım adlı qızı vardı. Şirinbəyim xanım əslən Seyidəhmədli kəndindən olan İlyas müəllimlə ailə qurmuşdu.Bu nigahdan onların Şahin, Zöhrab adlı oğulları, Şəfəq adlı qızları vardı.

Cavad bəyin ikinci oğlu Tərxan bəy Sarıcalı-Cavanşir 1910-cu ildə anadan olmuşdu.Atasından və babalarından qalan iri torpaq sahəsi, mal-dövlət sahibi idi.Atası Cavad bəy kimi alicənab, mərhəmətli və səxavətli şəxs kimi böyük nüfuz sahibi idi.

Tərxan bəyin Şirxan bəy (Xəyyam, Xaliq adlı oğulları, Elnarə adlı qızı var), Elxan bəy (Zamin, Ceyhun adlı oğulları var), Arazxan bəy (Röyal adlı oğlu, Ləman, Əminə adlı qızları var), Sərkarbəy İki dəfə ailə qurub. Brinci nigahdan Elsevər adlı oğlu, Əntiqə adlı qızı var), (Sərkar bəy ikinci dəfə Cavad bəyin nəticəsi Hicran  xanımla ailə qurub. Bu nigahdan onların Davud adlı oğulları, Turanə və Ülyanə adlı qızları var. Sərkar bəy ikinci Qarabağ müharibəsinin iştirakçısıdır), Buludxan bəyin Anar bəy adlı oğlu, Xuraman xanım, Zibeydə xanım və Xoşqədəm xanım adlı qızları var. 

Əhməd bəy Nəcəfqulu bəy oğlu 1830-cu ildə Şuşa şəhərində anadan omuşdu. Mükəmməl savad almışdı. Rus, ərəb, fars, türk dillərini bilirdi. Çar ordusunda xidmət etmişdi.1860-cı ildə poruçik.1886-cı ildə isə stabs-kapitan rütbəsində olduğu bildirilir.Xankəndi kəndində yerləşən alayda qulluq edirdi.Kapitan rütbəsində ordudan tərxis olmuşdu.

1831-ci ilə bağlı  Şuşada yaşayan mülkədarların adları içərisində Əsəd bəy mayor Rüstəm bəy oğlu Sarıcalı-Cavanşirin,  1842-ci ildə isə Şuşada yaşayan mülkədarların adları içərisində Nəcəfqulu bəy Əsəd bəy oğlu Sarıcalı-Cavanşirin də  adı çəkilir.

XIX yüzilin önlərində İyirmidörd  mahalında çoxlu obaları, kəndləri və torpaqları olan iri mülkədarlar vardı. Onların əksəriyyəti şuşa şəhərində yaşasalar da, mahalla sıx bağlı idilər. Mahal haqqında dəqiq təsvir yaratmaq üçün həmin mülkədarlardan Nəcəfqulu bəy Əsəd bəy oğlu Sarıcalı-Cavanşirin adı da sıralanır.

Еl-oba  arasında  Cavad  bəylə  bağlı  xеyli  əhvalat  dolaşmaqdadıır. Həmin  əhvalatdan  birini  oxucularımıza təqdim ediri:

           Еrməni-müsəlman  davasında  Dizaq  mahalının  türk  camaatı  köçüb-qaçırmışlar. İşıqlı  obasının  ayağından  ötəndə  Cavad  bəy  qarşılarını  kəsir. Tutur  sorğu-suala:

           --Hara,belə?

            --İrana  qaçırıq,  a  bəy! Еrmənilər  bizə  gün-güzəran  vеrmirlər. Əlimizdən  nəyimiz  varsa  çıxıb. Nə  torpağımız  qalıb,  nə  mal-mülkümüz.

Cavad  bəy  hirslənir:

           --Qayıdın  ə,  köpəkuşağı! Burda  mal-mülkünüz,  torpağınız  əldən  gеdib,  orda  namus-qеyrətiniz  gеdəcək. Gеdin,  vuruşun,  öz  torpağınızda  ölün!..

Faiq Şükürbəyli,

tədqiqatçı-etnoqraf