İlham Əliyev Qələbə Paradına qatılmayacaq

SİYASƏT 22:07 / 07.05.2025 Baxış sayı: 2427

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.

Yenises.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd olunur ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək.