İlqar Daşdı MÜZƏFFƏROĞLUAJB-nin üzvü: -  «BİR YARPAĞAM» ADLI TƏDBİ  KEÇİRİLDİ

MƏDƏNİYYƏT 13:02 / 05.05.2025 Baxış sayı: 8075

 

 

Bu yaxınlarda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəfəq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə şair, yazıçı-publisist Ələsgər Əlioğlunun yaradıcılığına həsr olunmuş «Bir yarpağam» adlı tədbir təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə xanım Kazımova şair, yazıçı-publisist Ələsgər Əlioğlunun həyat yaradıcılığı haqqında geniş məlumat vermişdir.

Tədbirdə Şəfəq kənd İcra nümayəndəsinin müavini Xudiyev Müşviq, Uşaq bağçasının direktoru Qurbanova Şərafət, Şəfəq kənd tam orta məktəbinin kitabxanaçısı Zamanova Həmayə, müəllimlərdən Orucova Sənarə, Bayramova Güldanə çıxış etdilər.

Tədbirdə şagirdlər şairin əsərlərinə həsr olunmuş səhnəciklər kompozisiyalar səsləndirmişlər. Tədbirin sonunda Şəfəq kənd Mədəniyyət evinin kollektivi şairə gül hədiyyə təqdim etmişlər. Tədbirin təşkili üçün şair Ələsgər Əlioğlu Şəfəq kənd Mədəniyyət evinin rəhbərinə kollektivinə öz təşəkkürünü bildirmişdir.