Azərbaycanın Qranada görüşündən imtina etməsinə Türkiyədən REAKSİYA

SİYASƏT 19:26 / 04.10.2023 Baxış sayı: 2528

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir.

Yenises.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir.