Azərbaycan güləşçisi dünya çempionu oldu

İDMAN 09:34 / 06.08.2023 Baxış sayı: 5040

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Yusif Dursunov Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi olub.

Yenises. az xəbər verir ki, idmançı 110 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, müvafiq olaraq özbəkistanlı Eldorbek Xasanov (11:0), gürcüstanlı Aleksandr Abramişvili (4:1), ermənistanlı Henrik Haykyan (6:2) və qazaxıstanlı Yedige Kassimbeki (4:2) məğlub edərək, dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Yusif Dursunov iyunda Albaniyanın paytaxtı Tiranada Avropa çempionatının qalibi olub.